İsrail hərbçiləri fələstinli namazqılanlara hücum ediblər
Sen 13, 2015 14:10 Asia/Baku
Sionist rejim hərbçiləri əl-Əqsa məscidində fələstinli didərginlərə hücum ediblər.
Livanın əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, İsrail hərbçiləri bu gün səhər əl-Əqsa məscidinə hücum edərək, fələstinli namazqılanları döyüblər.Bu hücumun ardınca fələstinli namazqılanlar ilə İsrail hərbçiləri arasında toqquşma baş verib.
Sionistlər davamlı olaraq əl-Əqsa məscidinə hücum edərək, bu müqəddəs məkana hörmətsizlik edirlər.
İsrail rejimi Beytül-Müqəddəsi işğal etdiyi zamandan bəri daim müxtəlif bəhanələrlə əl-Əqsa məscidini dağıtmağa çalışır.