Yəmənli qüvvələr Ərəbistanın bir ədəd Apaçi tipli helikopterini vurdular
Sen 14, 2015 06:07 Asia/Baku
-
Yəmənli qüvvələr Ərəbistanın bir ədəd Apaçi tipli helikopterini vurdular
Yəmən ordusu və xalq qüvvələri Ərəbistan ordusuna məxsus bir ədəd Apaçi tipli helikopteri Yəmənin Məarib vilayətinin cənubunda vuraraq, yerə salıblar.
Yəmən mənbələri həmçinin bildiriblər ki, ordu və Ənsarullah qüvvələri Məarib vilayətində 2 ədəd zirehli maşın və 10 ədəd hərbi təchizatı məhv etməyə nail olublar.Bu əməliyyat zamanı Yəmən ordusu Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinə bağlı onlarla hərbçini o cümlədən bir neçə Qətər hərbçisini də öldürüb və yaralayıb.
Əl-Məyadin informasiya kanalı isə bildirir ki, Yəmən ordusu və xalq qüvvələri bazar günü Ərəbistanın əl-Məqbu hərbi bazasına raket zərbələri endiriblər. Bunun ardınca Ərəbistan rəsmiləri hərbi bazadan qaçmağa başlayıblar.
Yəmənə qarşı koalisiya qüvvələrinin Məarib vilayətinə qarşı hücumları artıq iki həftədir ki, davam edir. İndiyə kimi bu əməliyyatlarda 300 koalisiya qüvvəsi o cümlədən Bəhreyn, Ərəbistan və BƏƏ hərbçiləri öldürülüb. Toqquşmalar davam edir.
Teqlər