İstanbulda aksiya
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197595-İstanbulda_aksiya
Yüzlərlə nəfər İstanbulda aksiya keçirərək, Cizrə sakinlərini himayə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 14, 2015 06:44 Asia/Baku
  • İstanbulda aksiya
    İstanbulda aksiya

Yüzlərlə nəfər İstanbulda aksiya keçirərək, Cizrə sakinlərini himayə edib.

İRNA-nın məlumatına görə, "Sülh Tərəfdarı" adlı qrupun yüzlərlə tərəfdarı bazar günü axşam İstanbulda aksiya keçirərək, Cizrə şəhərində komendant saatının elan edilməsini pisləyib.


Türkiyə rəsmiləri şənbə günü Cizrə şəhərində 8 gün davam edən komendant saatını ləğv etdikdən sonra, bir daha dünən saat 19-dan etibarən Cizrə şəhərində komendant saatı elan ediblər.


Bu məlumata görə, aksiya iştirakçıları Cizrə sakinlərini himayə üzrə şüarlar verib, Türkiyə dövlətinin siyasətlərini pisləyiblər.


Aksiya iştirakçıları Cizrə sakinlərinin 7 iyun tarixində keçirilən seçkilərdə Ədalət və İnkişaf Partiyasının təmsilçisinə səs vermədiyi üçün cəzalandırıldıqlarını iddia ediblər.


Təhlükəsizlik qüvvələri aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.