Sen 14, 2015 14:53 Asia/Baku
  • BMT rəsmisi Beytül-Müqəddəsin vəziyyətindən nigaranlıq etdi
    BMT rəsmisi Beytül-Müqəddəsin vəziyyətindən nigaranlıq etdi

BMT-nin yüksək səviyyəli bir rəsmisi Beytül-Müqəddəsdə "təhrik və zorakılıq" vəziyyətindən nigaranlıq edib.

Sinxoa xəbər agentliyinin verdiyi məlumata görə, BMT-nin Yaxın Şərq üzrə xüsusi koordinatoru Nikolay Mladenov deyib: siyasi və dini liderlər qanun hakimiyyətin zəiflətməyə ç alışanlar və ifratçılar əleyhinə tədbir görməyə borcludurlar.


Dünən əl-Əqsa Məscidində namaz qılmaqla məşğul olan onlarla fələstinli sionist rejim hərbçilərinin hücumuna məruz qalıb.


Fələstin mənbələri bildirirlər ki, bu toqquşma sionist rejim hərbçilərinin fələstinliləri məsciddən çıxartmağa çalışdığı vaxt baş verib.


Fələstin özünü idarə təşkilatı da İsrail hərbçilərinin əl-Əqsa Məscidinə və məsciddə namaz qılmaqla məşğul olan fələstinlilərə hücum etməsini pisləyib və müqəddəs məkanları diqqətə alınması lazım gələn qırmızı xətlər adlandırıb.


Fələstinlilər əl-Əqsa məscidinin yerləşdiyi Beytül-Müqəddəs şəhərinin şərq hissəsini öz gələcək dövlətlərinin paytaxtı hesab edirlər.

Teqlər