İbadi: Təslim olmağa haqqımız yoxdur
Sen 16, 2015 10:54 Asia/Baku
İraqın Baş naziri terrorçulara qarşı mübarizənin davam etməsini vurğulayıb.
"Alalam"-in xəbərinə görə, Heydər əl-İbadi İŞİD-terror dəstəsi ilə mübarizə barədə belə deyib: "İŞİD-lə mübarizəyə davam edəcəyik. Təslim olmağa haqqımız yoxdur. Bu mübarizədə qalib gəlməliyik və dövlət bunun üçün büdcə ayırmalıdır.İraqın Baş naziri qeyd edib : "Maddi sıxıntıya görə lazım olan silahları ala bilmirik. Müxtəlif kütlə arasında maddi balans yaratmalıyıq. Bu elə də asan deyil. Çünki biz böhrandayıq və yalnız birlikdə edəcəyimiz səbrlə qalib ola bilərik."
"Problemlərin həlli yolunu tapmalıyıq. Biz proqramlı şəkildə görəcəyimiz işlərlə nəticə əldə edəcəyik."- deyə Heydər əl-İbadi bildirib.