Səudiyyə rejiminin cinayəti səngimir
Sen 16, 2015 06:26 Asia/Baku
-
Səudiyyə rejiminin cinayəti səngimir
Yəmən ərazilərinə endirilən aviasiya zərbələri səngimir. Səudiyyə aviasiyasının yeni hücumunda 15 mülki vətəndaş qətlə yetirilib.
Səudiyyə Ərəbistanına məxsus hərbi aviasiya Dəmar vilayətinin eyni adlı şəhərinə zərbələr endirib. Zərbələr nəticəsində çoxu uşaq və qadın olmaqla 15 nəfər dünyasını dəyişib, 21 nəfər isə yaralanıb. Bundan əlavə Həcca vilayətinə endirilən aviasiya zərbələri nəticəsində 12 mülki vətəndaş həlak olub. Mərib vilayətində Ərəb ölkələri koalisiyasının raket zərbələri nəticəsində isə 5 mülki vətəndaş həlak olub. Qeyd edək ki, Səudiyyə Ərəbistanı və müttəfiqlərinin mart ayının 26-dan Yəmənə qarşı başlatdığı təcavüz nəticəsində minlərlə mülki vətəndaş həyatını itirib, 10 minlərlə vətəndaş isə yaralanıb. Yüz minə yaxın insan öz evlərindən didərgin düşüb. Minlərlə yaşayış binası, məktəb, xəstəxana və digər sosial obyektlər dağıdılıb. Yəməndə humanitar vəziyyət Səudiyyə və müttəfiqlərinin havadan və qurudan tətbiq etdiyi blokada səbəbindən günü-gündən pisləşir. Humanitar təşkilatlar Yəmənə yetərli diqqət ayırmırlar. Dünya ictimaiyyəti bəzi ölkələr çıxmaq şərti ilə Səudiyyə Ərəbistanının bu vəhşiliyinə göz yummaqdadır.Bu arada bir sıra Yəmən, ərəb və beynəlxalq təşkilatlar Səudiyyə Ərəbistanın ABŞ-la birgə Yəməndə törətdiyi cinayətləri ifşa etmək qərarına gəliblər. Yəmənin "hüquq evi" müəssisəsinin rəhbəri Məhəmməd əl-Məsuri bu barədə bildirib: "Müəssisəmiz insan haqları təşkilatının iclasında Səudiyyə Ərəbistanının ölkəmizə qarşı törətdiyi cinayətləri sənədli formada təqdim edəcək. Bu yolla cinayətlərin dünyaya çatdırılması planlaşdırılır. Bu layihə ölkə xaricində yaşayan yəmənlilərin yardımı ilə baş verəcək. Cinayətlərin dünyaya çatdırılması üçün müxtəlif təşkilatlarla da həmkarlıq etmək niyyətindəyik. Layihə çərçivəsində bu cinayətləri törədən bir sıra şəxslər barədə beynəlxalq məhkəmələrə də müraciətlər edilcək." Qeyd edək ki, bundan öncə 54 təşkilat və 11 ictimai birlik Səudiyyə rejiminin Yəmənə qarşı cinayətlərinin dayandırılmasını tələb edib.
Teqlər