Yəmən ordusu bir neçə Ərəbistan hərbçisini əsir alıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197674-yəmən_ordusu_bir_neçə_Ərəbistan_hərbçisini_əsir_alıb
Regional informasiya vasitələri bir necə təcavüzkar Ali-Səud hərbçisinin Yəmən ordusu tərəfindən əsir alındığını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 17, 2015 04:52 Asia/Baku
  • Yəmən ordusu bir neçə Ərəbistan hərbçisini əsir alıb
    Yəmən ordusu bir neçə Ərəbistan hərbçisini əsir alıb

Regional informasiya vasitələri bir necə təcavüzkar Ali-Səud hərbçisinin Yəmən ordusu tərəfindən əsir alındığını bildiriblər.

Əl-Nəşrə informasiya portalı çərşənbə günü Yəmənin hərbi mənbələrinə istinadla bildirib ki, bir qrup Ərəbistan hərbçisi Yəmən ordusu tərəfindən əsir alınıb.
Bu xəbərlə bağlı yayımlanan təsvirlərdə əsir alınmış Ərəbistan hərbçilərinin sözçüsü kimi çıxış edən bir hərbçi müşahidə olunur.
Digər tərəfdən Həsad əl-Yəum informasiya portalı da Ali-Səud hərbçilərinin yəmənli qüvvələr tərəfindən əsir alınmasından xəbər verərək, yazıb: Yəmənli qüvvələr Ərəbistanın daxilinə nüfuz edərək, çoxlu sayda ABŞ istehsalı olan silahlar ələ keçiriblər.
Ərəbistan Yəməndəki nüfuzunu təmin etmək və Ali-Səud rejiminin amili sayılan fərari prezident Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaq məqsədilə 26 mart tarixindən Yəmənə qarşı hava hücumlarına başlayıb, bu ölkənin sivil və digər infrastrukturlarını dağıdır.
İndiyə kimi Yəmənin dənizdən, qurudan və havadan mühasirədə saxlanılması, Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın hücumlarının davam etməsi və yaşayış məntəqələrinin bombardmanı nəticəsində minlərlə nəfər ölüb.