Ərəbistan qırıcılarının Yəmənə hücumları davam edir
Sen 17, 2015 14:09 Asia/Baku
Ali-Səud rejiminin Yəmənə qarşı təcavüzləri davam edir.
Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Ərəbistan qırıcıları Yəmənin paytaxtı Sənanın müxtəlif məntəqələrini o cümlədən əl-Həfa məntəqəsində, radio və televiziya binasının yerləşdiyi ərazini bombardman ediblər. Bu hadisə bir neçə qadın və uşaq da daxil olmaqla 10 insanın həyatını itirməsi ilə nəticələnib. Bombardman nəticəsində yaralananların vəziyyətinin ağır olmasını nəzərə alaraq, hadisə qurbanlarının sayının artacağı gözlənilir.Ərəbistan qırıcıları həmçinin, Dəmar vilayətində Yəmənin hərbi polis və prezident qvardiyası bazasını hədəfə alıblar.
Yəməndən daxil olan digər məlumatlara görə, Məarib vilayətində Qəramiş qəbiləsi Yəmən ordusu və xalq qüvvələrini himayə üzrə mövqeyini elan edib.
Qəramiş qəbiləsinin üzvləri bir toplantı təşkil edərək, bildiriblər ki, Yəmən xalqı işğalçılıq qarşısında müqavimət və mübarizədən başqa çıxış yoluna malik deyil.