Fələstinlilərin İsrail hərbçiləri tərəfindən həbsi davam edir
Sen 17, 2015 15:06 Asia/Baku
Sionist rejim hərbçiləri fələstinlilərə qarşı cinayətlərinin davamında daha bir qrup fələstinlini həbs ediblər.
İRNA-nın məlumatına görə İsrail hərbçiləri cümə axşamı günü Əl-Xəlil və Beytül-Müqəddsdə fələstinlilərin evlərinə hücum edərək, 15 fələstinlini o cümlədən 8 uşağı həbs ediblər.Bu məlumata görə, sionist rejim hərbçiləri fələstinlilərin evlərində, xəstəxanalarda və müalicə mərkəzlərində axtarışlar apararaq, ötən gün əl-Əqsa Məscidində çıxan toqquşmada yaralanmış fələstinliləri həbs ediblər.
Əl-Əqsa məscidi cari həftə ərzində sionistlərin bu məscidə hücumlarının, sionistlərlə məsciddə namaz qılmaqla məşğul olan fələstinlilər arasında çıxan toqquşmaların şahidi olub. Bu toqquşmalarda yüzdən artıq fələstinli yaralanıb və həbs edilib.
Cümə axşamı günü də sionist qəsəbə sakinləri İsrail hərbçilərinin dəstəyi ilə əl-Əqsa məscidinə hücum və bu müqəddəs məkana hörmətsizlik ediblər.