İsrail Knesseti fələstinlilərin güllələnməsi ilə razılaşdı
Sen 17, 2015 18:17 Asia/Baku
Sionist rejim Knesseti bu rejimin baş nazirinin Beytül-Müqəddəsdə fələstinlilərə tərəf döyüş silahından atəşin açılması ilə bağlı təklifini təsdiq edib.
Fələstin İnformasiya Agentliyinin verdiyi məlumata görə, İsrail Knesseti cümə axşamı bu rejimin baş naziri Benyamin Netanyahunun sionist hərbçilərə tərəf daş atan fələstinlilərin snayperlə vurulması barədə qalmaqallı layihəsini təsdiq edib.Benyamin Netanyahu bu barədə nazirlər kabinetinin məhkəmə üzrə nümayəndəsinə bu addım üçün lisenziyanın verilməsini istəmişdi.
İsrail rejimi ordusu praktiki olaraq fələstinlilərə qarşı bu metoddan istifadə edir.