Qüdsdə yeni məhdudiyyətlər
Sen 18, 2015 09:25 Asia/Baku
İsrail rejimi Qüdsdə fələstinlilər üçün yeni məhdudiyyətlər tətbiq edib.
Fələstinin "Ərəb48" informasiya portalının verdiyi məlumata görə, sionist rejim polisi dünən gecə namaz qılmaq üçün əl-Əqsa məscidinə daxil olmaq istəyən fələstinlilərlə bağlı bir bildiriş yayıb. Bu bildirişə əsasən yalnız yaşı 40-dan yuxarı olan fələstinli kişi və qadınlar namaz qılmaq üçün əl-Əqsa məscidinə buraxılacaqlar. Digər fələstinlilərə məscidə girmək icazəsi verilməyəcək.Bu bəyanatda həmçinin deyilir: Cümə günü səhər saatlarından əl-Əqsa məscidinin ətrafına çoxlu sayda polis və təhlükəsizlik qüvvəsi yerləşdirilib.
Xatırladaq ki, əl-Əqsa məscidi ötən həftənin əvvəllərindən sionistlərin bu məscidə qarşı təhrikedici və təhqiredici hərəkətlərinin şahididir.
Bu arada İsrail Knesseti fələstinli aksiya iştirakçılarının snayperlə vurulması haqda olan qalmaqallı layihəni təsdiq edib.
Ötən həftənin ilk günlərindən başlanan sionistlərin əl-Əqsa məscidinə hücumlarında yüzdən çox fələstinli yaralanıb, çoxlu sayda fələstinli də həbs edilib.