Ərəbistan qırıcıları Ali-Səud muzdurlarını vurdu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197699-Ərəbistan_qırıcıları_ali_səud_muzdurlarını_vurdu
Ərəbistan qırıcıları səhvən Ali-Səud muzdurlarını Yəmənin mərkəzində hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2015 10:29 Asia/Baku
  • Ərəbistan qırıcıları Ali-Səud muzdurlarını vurdu
    Ərəbistan qırıcıları Ali-Səud muzdurlarını vurdu

Ərəbistan qırıcıları səhvən Ali-Səud muzdurlarını Yəmənin mərkəzində hədəfə alıblar.

Məsirə informasiya kanalının məlumatına görə, Ərəbistan qırıcıları Yəmənin Məarib vilayətində səhvən Ali-Səud muzdurlarına və Yəmənin fərari prezidenti Əbd Rəbbə Mənsur Hadinin tərəfdarlarına məxsus olan Məla bazasını bombalayıblar.
Bu hücumda onlarla terrorçu ölüb və yaralanıb.
Ərəbistan qırıcıları həmçinin, Məarib vilayətində Xuxə və Zur məntəqələrində yerləşən hərbi hissələri hədəfə alıblar.
Digər tərəfdən Məarib vilayətində Cədan və Qəramiş qəbilələri Yəmən ordusu və Ənsarullah xalq qüvvələrinə qoşulublar.
Bu iki böyük qəbilə təcavüzkar Ərəbistan, BƏƏ və Bəhreyn qoşunları ilə döyüşməyə hazır olduqlarını elan ediblər.
Başqa bir məlumata görə, çoxlu sayda Ərəbistan hərbçisi Yəmənli qüvvələrin Cizan vilayətində yeni yaradılan bazaya hücumu zamanı öldürülüb.
Həmçinin, Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın cənubunda yerləşən Əsir vilayətində, Rəbuə şəhərinə nəzarəti və Ərəbistan hərbçilərinin mövqelərini ələ keçiriblər.
Digər tərəfdən Ərəbistan qırıcılarının hücumları zamanı çoxlu sayda sivil vətəndaşın həyatını itirməsinin ardınca Ənsarullah xalq hərəkatı ümumi səfərbərlik elan edərək, bütün məntəqələrdə əhalinin tam hazır vəziyyətə gətirilməsini istəyib.