Səna sakinləri tam hazır vəziyyətə gətirildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197708-səna_sakinləri_tam_hazır_vəziyyətə_gətirildi
Ərəbistan qırıcılarının Yəmənə olan hücumları və bu hücumların insan tələfatının artmasının ardınca, Ənsarullah xalq hərəkatı paytaxt Sənada əhalini tam hazırlıqlı olmağa çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2015 17:57 Asia/Baku
  • Səna sakinləri tam hazır vəziyyətə gətirildi
    Səna sakinləri tam hazır vəziyyətə gətirildi

Ərəbistan qırıcılarının Yəmənə olan hücumları və bu hücumların insan tələfatının artmasının ardınca, Ənsarullah xalq hərəkatı paytaxt Sənada əhalini tam hazırlıqlı olmağa çağırıb.

Ərəbistan və müttəfiqlərinin Yəmənin Məarib vilayətinə quru qoşunları yeritməsinin ardınca Ənsarullah hərəkatı xalq müqavimət qüvvələrindən tam hazır vəziyyətdə olmalarını istəyib.
Ənsarullah hərəkatı həmçinin, xalq müqavimət qüvvələrindən paytaxt sənada davamlı olaraq müşahidələr aparmalarını istəyib.
Ərəbistan və müttəfiqləri öz quru qoşunlarını Məarib vilayəti yolu ilə paytaxt Sənaya doğru aparmaq istəyirlər.
Ərəbistan və müttəfiqləri 27 mart tarixindən başlayaraq, Yəmənə qarşı hava hücumları həyata keçirir və indiyə kimi ölkənin bir çox infrastrukturunu məhv ediblər.
Yəmənin dənizdən, qurudan və havadan mühasirədə saxlanılması isə insan tələfatının daha da artmasına səbəb olub.