Sen 19, 2015 10:11 Asia/Baku
  • İsrail rejimi Qəzzə zolağına raket zərbələri endirib
    İsrail rejimi Qəzzə zolağına raket zərbələri endirib

Sionist rejim ordusu bir daha atəşkəs anlaşmasını pozaraq, Qəzzə zolağına raket zərbələri endirib.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, İsrail ordusu bir bəyanat yayaraq, bu gün səhər Qəzzənin müxtəlif məntəqələrində Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın 3 bazasını hədəfə aldığını iddia edib.
Bu hücumun ardınca bir neçə fələstinli yaralanıb.
Həmçinin sionist rejim ordusunun hərbi qayıqları Qəzzənin şimal sularında fələstinli balıqçıların qayıqlarını hədəfə alıblar. Bu hücumda bir fələstinli yaralanıb.
İsrail ordusu bu hücumların Qəzzə zolağından sionist sakinli qəsəbələrə tərəf 3 ədəd raketin atılmasına cavab olaraq həyata keçirib.
Sionist rejim hərbçiləri davamlı olaraq, Qəzzədən işğal altında olan ərazilərə raketin atılması bəhanəsi ilə bu məntəqəyə olan hücumlarını davam etdirirlər.
Sionist rejim ordusunun Qəzzə zolağına olan hücumları, son bir həftə ərzində sionist qəsəbə sakinlərinin əl-Əqsa məscidinə və məsciddə namaz qılmaqla məşğul olan fələstinlilərə olan hücumları ilə bir zamana təsadüf edir. Sionistlərin əl-Əqsa məscidinə olan hücumları bir qrup fələstinlinin yaralanması və həbs edilməsi ilə nəticələnib.

Teqlər