Ərəbistan yəmənli media işçilərinə də aman vermir
Sen 19, 2015 06:49 Asia/Baku
-
Ərəbistan yəmənli media işçilərinə də aman vermir
Yəmən Jurnalistlər Birliyi Ərəbistanın Yəməndə media nümayəndələrinə qarşı hücumlarının önlənilməsini istədi.
Səba xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən Jurnalistlər Birliyi bir bəyanat yayaraq, bildirib: Ərəbistan və müttəfiqlərinin təcavüzkar qırıcıları Yəmənin informasiya mərkəzləri və media işçilərini də öz hücumlarının hədəfinə çeviriblər.Yəmən Jurnalistlər Birliyi öz bəyanatında həmçinin bildirib: əl-Məsirə telekanalının kameramanı Bilal Şərəfəddinin şəhid olması Ərəbistanın başçılıq etdiyi koalisiyanın həqiqətlərin əks etdirilməsi ilə düşmənçiliyinin aşkar nişanəsidir.
Bilal Şərəfəddin düşən gecə Ərəbistan qırıcılarının paytaxt Sənada, Cəraf yaşayış məntəqəsinə olan hücumları zamanı şəhid olub.
Ərəbistan və müttəfiqlərinin təcavüzkar qırıcıları 26 mart 2015-ci il tarixindən Yəməni aramsız olaraq bombardman edirlər.
Yəmənin qurudan, dənizdən və havadan mühasirəyə alınması Yəmənə humanitar yardımların çatıdırılmasına da mane olur. Bu isə Yəməndə insan faciəsinin daha da dərinləşməsinə səbəb olub. Ərzaq məhsulları, dərman preparatları və yanacaq çatışmazlığı təcavüzlərə məruz qalan yəmən xalqının vəziyyətini daha da ağırlaşdırıb.
Teqlər