Ərəbistanın Yəmənə olan hücumları davam edir
Sen 19, 2015 10:19 Asia/Baku
-
Ərəbistanın Yəmənə olan hücumları davam edir
Ali-Səud rejiminin Yəmənə qarşı hücumları davam edir, sivil insanlar arasında tələfat artmaqdadır.
Yəmənin əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, Ali Səud hərbçiləri cinayətlərinin davamında bu gün səhər Səna, Sədə, Təiz, Bəyza və Hüdəydə vilayətlərində yaşayış məntəqələrini hədəfə alıblar. Onlarla sivil həyatını itirib.Xəstəxana mənbələri Ərəbistan qırıcılarının paytaxt Sənaya olan hücumlarında ölü sayının 19-a , yaralı sayının isə 100-ə çatdığını bildiriblər.
Ərəbistan qırıcıları həmçinin, Yəmənin Gənclər və Daxili İşlər nazirliklərinin binalarını və polis qüvvələrinin bazasını habelə, Ümumi Konqresin Daimi Komitəsinin binasını bombardman edib.
Yəmənin Səhiyyə Nazirliyinin sözçüsü Təmim Şami də Ərəbistanın Yəmənə olan hücumları ilə bağlı yeni statistika təqdim edərək, indiyə kimi bu hücumlarda 5412 nəfərin öldüyünü bildirib. Ölənlər arasında 1603 uşaq və 1258 qadın var.
Şami Ali-Səud rejiminin beynəlxalq qanunlara əhəmiyyət vermədiyini deyərək, vurğulayıb: Ərəbistan və ABŞ-ın Yəmənə qarşı birgə hücumlarının 170-ci günündə ölkə ciddi səhiyyə və insan faciəsi ilə üzləşib.
Teqlər