Ərəbistanın Sədəyə hava hücumunda 50 yəmənli şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197762-Ərəbistanın_sədəyə_hava_hücumunda_50_yəmənli_şəhid_olub
Səudiyyə Ərəbistanının Yəmənin Sədə vilayətində bazara hava hücumunda 50 nəfər şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 20, 2015 06:38 Asia/Baku
  • Ərəbistanın Sədəyə hava hücumunda 50 yəmənli şəhid olub
    Ərəbistanın Sədəyə hava hücumunda 50 yəmənli şəhid olub

Səudiyyə Ərəbistanının Yəmənin Sədə vilayətində bazara hava hücumunda 50 nəfər şəhid olub.

Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, səudiyyəli təcavüzkarlar Yəmənin Sədə vilayətinə hava hücumları etməklə yeni qırğın törədiblər. Belə ki, Sədə vilayətinin əl-Miqnə bölgəsində izdihamlı bazar hücuma məruz qalıb. Nəticədə 50 nəfər şəhid olub, 14 nəfər də yaralanıb.
Yəmən paytaxtı Sənanın müxtəlif bölgələrində yaşayış massivlərinə hava hücumlarında da 40 nəfər şəhid olub, 130-dan çox yəmənli yaralanıb. Ərəbistanın Yəmənin Sədə vilayətində Baqəm və Məcz bölgələrinə hücumlarında da onlarla nəfər şəhid olub və yaralanıb.
Ərəbistan qırıcıları Marib vilayətində yaşayış bölgələrinə bir sıra hava hücumları ediblər. Nəticədə bir qrup yəmənli şəhid olub və yaralanıb.
Yəməndə Səudiyyə Ərəbistanının Cinayətlərinə Gözətçilik Hüquq Koalisiyası Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəmənə hücumunda 13552 nəfərin şəhid olduğu və yaralandığını bildirib. Belə ki, şəhid olanların sayı 6090 nəfərdir. 1698 uşaq və 1038 qadın şəhid olmuşdur.