Sen 20, 2015 11:11 Asia/Baku
  • Suriyanın ilk prioriteti terrorizmlə mübarizədir
    Suriyanın ilk prioriteti terrorizmlə mübarizədir

Suriya xarici işlər naziri deyib: Dəməşqin ən önəmli prioriteti terrorizmlə mübarizədir.

Səhər Beynəlxalq Televiziyasının Rusiya əl-Youm telekanalına istinadla verdiyi məlumata görə, Suriya xarici işlər naziri Vəlid əl-Müəllim deyib: Terrorizm problemi həll olunmadığı zmana qədər Suriya böhranını diplomatik yolla həll etmək olmaz.
Bəzi qərb və region ölkələrinin terrorçuları dəstəkləməsini tənqid atəşinə tutan Suriya xarici işlər naziri əlavə edib: İlk öncə Suriya vətəndaşlarına təhlükəsizlik yaradılsın. Sonra isə hazırkı problemdən çıxış üçün lazımi həll yolları araşdırılsın.
Vəlid əl-Müəllim deyib: BMT-nin Suriyaya göndərdiyi xüsusi elçi De Mistura ilə Cenevrə-4 konfransının keçirilməsi barədə danışıqlar aparıldı və qarşıdakı böhranın həlli üçün lazımi şəraitin aparılması istiqamətində suriyalı ekspertlərdən ibarət bir neçə işçi qrupunun yaradılması qərara alındı.
Bu arada əl-Məyadin telekanalı İdlibdə Foə və Kəfərya və Dəməşq ətrafında Zibdani məntəqələri və Məzaya kəndində qarşıdurmanın kənara qoyulması üçün anlaşmanın əldə olunduğunu bildirib.
Bu bölgələr son günlərdə terrorçularla xalq qüvvələri arasında ağır qarşıdurmaların şahidi olmuşdur.
Digər tərəfdən İŞİD terror qruplaşmasına yaxın mənbələr Deyruz-Zur vilayətində bu qruplaşmanın daxili və xarici ünsürləri arasında qarşıdurmanın baş verdiyini bildiriblər.
Suriya və İraqda terror qruplaşmaları arasında daxili çəkişmənin əsas səbəbi oğurlanan əmlakın bölünməsi və işğal olunan bölgələrə nəzarətlə əlaqədardır.

Teqlər