Livanda aksiyalar insidentlə nəticələnib
Sen 21, 2015 15:04 Asia/Baku
-
Livanda aksiyalar insidentlə nəticələnib
Livanın Qırmızı Xaç Cəmiyyəti bu ölkə parlamentinin binası yaxınlığında keçirilən böyük etiraz aksiyasında onlarla nəfərin yaralandığını bildirib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, ictimai hərəkatlar tullantıların toplanması kimi öz vəzifələrini yerinə yetirməkdə Livan hökumətinin yararsızlığına etiraz etmək və korrupsiya ilə mübarizəni vurğulamaq məqsədilə bazar günü gecə Livan təhlükəsizlik qüvvələri ilə toqquşublar. Livanın Qırmızı Xaç Cəmiyyətinin bildirdiyinə görə, bu qarşıdurmada 26 nəfər yaralanıb.Məlumata görə, Livan təhlükəsizlik qüvvələri aksiyaçılara Livan parlamenti binasının yerləşdiyi əl-Nəcmə meydanı yaxınlığına qədər ictimai stabilliyi pozmadan irəliləməyə icazə veriblər. Lakin bu stabillik bəzi hallarda gərginlik və toqquşma ilə nəticələnib.
Livanın Tərəqqisevər Sosialist partiyasının rəhbəri Vəlid Cənbəlat və əl-Müstəqbəl Cərəyanı partiyasının sədri Səd əl-Həriri ötən günkü etiraz aksiyalarında korrupsioner adlandırılan siyasətçilərdən olublar.
Son günlərdə tullantı böhranı və hökumətin funksiyasına ictimai etirazların davam etməsi prezident vəzifəsinin boşluğu və terror qruplaşmaların fəaliyyət təhlükəsi ilə üzləşən Livanı ağır şəraitlə qarşı-qarşıya qoyub. Belə ki, Livan baş naziri Tamam Salam böhran başlandıqdan bir neçə gün sonra bildirib ki, bu prosesin davam etdiyi, etirazların genişlənməsi və dövlət idarələrinin işğal olunduğu halda istefadan başqa çarəsi olmayacaq.
Paytaxt Beyrut və Livanın digər şəhərlərinin küçələrindəki tullantılar ötən 22 avqustdan çoxlu sayda ictimai aksiyaların keçirilməsinə səbəb olub. Bir neçə halda bu aksiyalar polislə etirazçılar arasında güclü toqquşmalarla nəticələnib və yüzlərlə nəfər ya yaralanıb, ya da həbs olunub.