Sen 21, 2015 15:12 Asia/Baku
  • Yəmən vətəndaşlarının səhiyyə vəziyyəti təcili araşdırılmalıdır
    Yəmən vətəndaşlarının səhiyyə vəziyyəti təcili araşdırılmalıdır

Sərhədsiz Həkimlər Təşkilatı Yəmən vətəndaşlarının səhiyyə vəziyyətinin təcili araşdırılmasını istəyib.

Səhər Beynəlxalq Televiziyasının Səba İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Sərhədsiz Həkimlər Təşkilatı bir bəyanat verərək bildirib: Yəmənin müxtəlif bölgələrində minlərlə vətəndaş təcili şəkildə dərman preparatı, müalicə və ərzaqa ehtiyaclıdır.
Sərhədsiz Həkimlər Təşkilatı bəyanatında əlavə edir: Yəməndə müalicənin vəziyyəti acınacaqlı şəraitdədir.
Bu bəyanatda bildirilib: Yəməndə səhiyyə böhranını həll etmək üçün yanacaq, dərman preparatları və tibbi təchizatların təmin olunması zəruridir.
Sərhədsiz Həkimlər Təşkilatı Ərəbistan qırıcı təyyarələrinin Yəmənin müalicə mərkəzlərinə hücumlarının davam etdiyini bildirib və əlavə edib: Təcili yardım maşınları, xəstəxanalar və digər müalicə mərkəzləri Ərəbistanın namərdcəsinə hücumlarına məruz qalır və dağılır.
Bəyanatda qeyd olunur: Yəməndə tibb işçilərinin əksəriyyəti bu hücumların davam etməsinə görə, ölkəni tərk edib. Bir çox xəstəxana fəaliyyətini dayandırıb. Hava hücumları xəstəxanaları və tibb işçilərini təhlükəyə atır.

Teqlər