Səna məscidində terror aktı; onlarla nəfər ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197877-səna_məscidində_terror_aktı_onlarla_nəfər_ölüb_və_yaralanıb
Yəmən paytaxtı Səna məscidlərindən birində terror aktı nəticəsində onlarla namaz qılan şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 24, 2015 10:04 Asia/Baku
  • Səna məscidində terror aktı; onlarla nəfər ölüb və yaralanıb
    Səna məscidində terror aktı; onlarla nəfər ölüb və yaralanıb

Yəmən paytaxtı Səna məscidlərindən birində terror aktı nəticəsində onlarla namaz qılan şəhid olub.

Səhər Beynəlxalq Televiziyasının Yəmənin rəsmi xəbər agentliyi Səbaya istinadla verdiyi məlumata görə, cümə axşamı günü Sənanın əl-Bəlili məscidində Qurban bayramı namazının qılındığı zaman iki terrorçu üzərlərindəki partlayıcı maddəni namaz qılanlar arasında partladıblar. Nəticədə 29 namaz qılan şəhid olub, onlarla nəfər yaralanıb.
Bundan öncə İŞİD və əl-Qaidə terror qruplaşmasının ünsürləri Səna məscidlərində oxşar bir neçə terror aktlarının məsuliyyətini üzərinə götürmüşlər.
Cari ayın əvvəllərində də Sənada bir məscidə hücumda 30 nəfər şəhid olmuş, təxminən 100 nəfər yaralanmışdı.
İŞİD və əl-Qaidə terror qruplaşmalarının muzdluları Ərəbistanın Yəmənə hücumu başlandıqdan sonra səudiyyəlilərdən hərbi və silah-sursat dəstəkləri alaraq Yəməndə terror aktları törədirlər.