Ali-Səud Qurban bayramı günündə Yəmənə hücumlarını davam etdirir
Sen 24, 2015 10:09 Asia/Baku
-
Ali-Səud Qurban bayramı günündə Yəmənə hücumlarını davam etdirir
Ali-Səud rejimi qırıcı təyyarələri Qurban bayramı günündə də Yəmənin müxtəlif bölgələrni bombardman ediblər.
Səhər Beynəlxalq Televiziyasının Livanın əl-Məyadin telekanalına istinadla verdiyi məlumata görə, Ali-Səud rejimi qırıcı təyyarələri Qurban bayramına etina etmədən, Yəmənin şimal-qərbində Həccə vilayəti yaxınlığında Ciyah şəhərindəki yaşayış massivini bombalayıblar. Nəticədə 12 yəmənli həlak olub və bir qrup da yaralanıb.Ali-Səud rejimi qırıcı təyyarələri Yəmənin qərbində əl-Hədidə vilayətinin əl-Xoxə məntəqəsini də hədəfə alıblar. Bir qrup yəmənli həlak olub və yaralanıb.
Səudiyyəli qırıcıların Yəmənin Sədə vilayətinə hücumunda isə altı yəmənli həlak olub.
Teqlər