Ali-Səud Yəmənə hücumlarını davam etdirir
Sen 25, 2015 13:47 Asia/Baku
-
Ali-Səud Yəmənə hücumlarını davam etdirir
Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmənin müxtəlif bölgələrini bir daha bombardman ediblər və bir qrup günahsız yəmənli həlak olub.
Səhər Beynəlxalq Televiziyasının əl-Məsirə telekanalına istinadla verdiyi məlumata görə, səudiyyəli qırıcı təyyarələr cümə günü qanlı Mina faciəsinin xəbərləri yayımlandıqdan bir neçə saat sonra yenidən Yəmənin Sədə vilayətinin şimalında yaşayış massivlərini hədəfə alıblar. Nəticədə çoxlu sayda yəmənli həlak olub və yaralanıb.Səudiyyə Ərəbistanı qırıc təyyarələri həmçinin Sədə vilayətinin Saqin məntəqəsində bir məscidi hədəfə alıblar. Bu hücum nəticəsində məscid tamamilə dağılıb.
Ərəbistan təyyarələrinin Həccə vilayətinin yaxınlığında yerləşən Əfləh məntəqəsində bir mənzilə hücumunda ana və 3 uşağı həlak olub.
Digər tərəfdən Yəmən ordusu və xalq qüvvələri Ali-Səud rejiminin hücumlarına reaksiya olaraq Cizan vilayətinin yaxınlığında əl-Xubə məntəqəsində səudiyyəli hərbçilərin mövqelərini hədəfə alıblar.
Hələlik ehtimal olunan tələfat barədə məlumat verilməyib.
Teqlər