Beynəlxalq Amnistiya Yəməndə müharibə qanunlarının pozulması barədə araşdırmanın aparılmasını istəyib
Sen 25, 2015 19:08 Asia/Baku
Beynəlxalq Amnistiya Təşkilatı BMT-nin Yəmən müharibəsində beynəlxalq qanunların pozulması barədə araşdırma aparmasını istəyib.
Səhər Beynəlxalq Televiziyasının Röytersə istinadla verdiyi məlumata görə, Beynəlxalq Amnistiya Təşkilatı bu gün bildirib: BMT Ərəbistanın Yəmən müharibəsindəki qanun pozuntuları ilə əlaqədar hallar barəsində araşdırmanın aparılması məqsədilə bir komissiya təşkil etsin.Amnistiya Təşkilatı Səudiyyə Ərəbistanının hücumlarında həlak olanların əksəriyyətinin sivillər olduğunu bildirərək Ərəbistanın başçılıq etdiyi koalisiyanı kaset bombalardan istifadə etməkdə suçlayıb.
BMT-nin statistikasına görə, Ərəbistanın Yəmənə qarşı hücumlara başladığı zamandan indiyə qədər dörd min beş yüz nəfər həlak olub.
Beynəlxalq Amnistiya Təşkilatı sonda bildirib: Yəməndə insan böhranı daha da şiddətlənməkdədir və bir milyon dörd yüz mindən çox yəmənli evsizdir.