Sen 27, 2015 11:20 Asia/Baku
  • Mina hadisəsinə görə beynəlxalq məhkəmələrə müraciət zərurəti
    Mina hadisəsinə görə beynəlxalq məhkəmələrə müraciət zərurəti

Ərəb ekspert Mina hadisəsinin araşdırılması üçün beynəlxalq məhkəmələrə müraciəti zəruri sayıb.

Vaşinqtondan olan Fars Körfəzi Araşdırmaları adlı tədqiqat mərkəzinin müdiri Əli Ələhməd şənbə günü BBC ilə müsahibədə Ərəbistan hakimiyyətinin pozğun qruplardan yarandığını bildirərək, deyib ki, Mina hadisəsinə görə, səudiyyə başçılarının cəzalandırılması üçün beynəlxalq məhkəmələrə müraciət zəruridir.
O, Minada hacıların hərəkəti yolunda yüzlərlə kameranın mövcud olduğunu qeyd edərək, bildirib ki, Ərəbistan dünyanın ümimi firkrinin məlumatlanması üçün bu kameraların təsvirlərini dəyişmədən mediaların ixtiyarına qoymalıdır.
Ərəb ekspert həcc mərasimində qanlı olayların təkrarlanmasına toxunaraq, bildirib ki, islami ölkələr və bütün zərər çəkənlərin ailələri Mina hadisəsi barədə təhqiqat üçün qanuni haqqa malikdirlər.
O, Ərəbistanın həcc mərasiminin idarəçiliyindəki zəifliyini gizlətməsinə toxunaraq, bildirib ki, dünya ictimaiyyəti, xüsusən islami ölkələr bu kimi hadisələrin təkrarlanmasının qarşısının alınması istiqamətində real addımlar atmalıdırlar.

Teqlər