Ali-Səudun Yəmənin mülki məntəqələrinə qarşı hücumları davam edir
Sen 27, 2015 08:03 Asia/Baku
-
Ali-Səudun Yəmənin mülki məntəqələrinə qarşı hücumları davam edir
Yəmənin müxtəlif məntəqələri hələ də Ali-Səud ordusunun kəskin hücumlarına məruz qalırlar.
Əlməsirə telekanalının məlumatına görə, şənbə günü gecə səudiyyə qırıcılarının bir yəmənli ailənin evinə qarşı hava hücumunda bir qadın və dörd uşaq daxil olmaqla yeddi nəfər həlak olub. Hadisə Yəmənin Səna vilayətindəki Bəni Həşiş qəsəbəsində baş verib.Əlminar telekanalı da Ərəbistan qırıcılarının şənbə günü gecə Səna və Təəzin müxtəlif məntəqələrinə qarşı hücumlarını təsdiq edərək, onlarla sivilin ölüb və yaralanmasından, eləcə də bir yanacaqdoldurma məntəqəsinin dağılması və Sənadakı Əldiyləmi hava bazasına xəsarətlərin dəyməsindən xəbər verib.
Bununla belə, Yəmən ordusu bildirib ki, Cizandakı Əlxubə məntəqəsi yaxınlığında yerləşən sərhəd toqquşmalarında Ərəbistanın hava qüvvələri bazası Yəmənin ordusu və xalq komitələrinin nəzarətinə keçib.
Bəzi məlumatlara görə, on üç ərəbistanlı həbrçi öldürülüb və bir səudiyyə tankı məhv edilib. Hadisə Yəmənin şimalında baş verib.
Ərəbistanın bir minaatan vertolyotunun məhv edilməsi və işğalçıların Yəmənin cənubu və şimalındakı bəzi məntəqələrdən geri çəkilmələri ötən bir neçə saatdakı ən mühüm xəbərlərdən olubdur.
Teqlər