Kral Salman Minadakı kameraların lentlərinin yığışdırılması göstərişini verib
Sen 27, 2015 15:26 Asia/Baku
Bir iraqlı medianın məlumatına görə, Ərəbistan kralı hakim xanədanı məhkum edəcək hər bir sənədin aradan götürülməsi üçün Minadakı kameraların lentlərinin yığışdırılması göstərişini verib.
Təsnim xəbər agentliyinin məlumatına görə, Əlnəxil xəbər verir: Ərəbistan kralı Salman bin Ədüləziz Minadakı bütün kameraların lentlərinin yığışdırılması və təhlükəsiz bir məkanda saxlanılması göstərişini verib.Bu məlumata görə, səudiyyə kralının bu addımı Mina faciəsinin əsas səbəbinin səudiyyə şahzadələrinə aid karvanın keçməsi olduğunu bildirən bir videonun yayılmasından sonra atılıb.
Bu videoda təhlükəsilzik qüvvələri Ərəbistana hakim kəsilmiş xanədana aid heyətin keçməsi üçün hacılar arasından bir yol açmağa başlayırlar ki, deyilənlərə görə, hacıların hərəkətində ixtilafın yaranması və Mina faciəsinin baş verməsinin əsas amili məhz bu məsələ olubdur.
Bu videonun sosial şəbəkələr və medialarda yayılması İslam Ümməti arasında hiddət və nifrət dalğası yaradıb. Bu üzdən, kral Salman Minadakı bütün kameraların lentlərinin yığışdırılması və təhlükəsiz bir məkanda saxlanılması göstərişini verib.
Əlnəxil əlavə edib: Dünyanın hər yerindən olan müsəlman və hacılar Mina faciəsi həqiqətinin araşdırılması üçün beynəlxalq təhqiqat komitəsinin yaradılmasını istəyiblər və həmin məsələ səudiyyə başçılarını vəlvələyə salıb ki, bütün mövcud sənədləri yığışdırsınlar.
İraqın Əlməsələ xəbər portalı da yazıb: Səudiyyə başçıları Mina faciəsi və yüzlərlə hacının həyatını itirməsinə bais olmuş rəsmi karvanın keçməsi xəbərini təkzib edirlər, amma həqiqət budur ki, səudiyyə başçıları bu məsələni, yəni vəliəhdin canişininin karvanının keçməsi və onun özü də 150 polis və 200 ordu qüvvəsindən təşkil olunmuş rəsmi bir kavan ilə keçirilən mərasimdə iştirak etməsi məsələsini gizlətmək istəyirlər. Əslində səudiyyə şahzadəsinin karvanının hacıların hərəkəti yolunda hərəkət etməsi, izdihama səbəb olub.