Beyt Ləhm döyüşlərində bir neçə fələstinli yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197989-beyt_ləhm_döyüşlərində_bir_neçə_fələstinli_yaralanıb
Sionist həbrçilər Beyt Ləhmdə fələstinlilərə hücum edərək, onlardan bir neçəsini yaralayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2015 07:52 Asia/Baku
  • Beyt Ləhm döyüşlərində bir neçə fələstinli yaralanıb
    Beyt Ləhm döyüşlərində bir neçə fələstinli yaralanıb

Sionist həbrçilər Beyt Ləhmdə fələstinlilərə hücum edərək, onlardan bir neçəsini yaralayıblar.

Fələstin informasiya mərkəzinin məlumatına görə, sionist rejim hərbçiləri İordan çayının qərb sahilinin cənubunda yerləşən Beyt Ləhmdəki Təqu qəsəbəsində fələstinlilərə hücum ediblər.
Bu məlumata görə, sionist hərbçilərlə fələstinli gənclər arasında qeyd olunan qəsəbənin girəcəyində baş vermiş toqquşmada sionistlər fələstinlilərə tərəf gözyaşardıcı qaz buraxıblar. Onlar həmçinin fələstinlilərə qarşı səs qumbaraları və güllə atıblar. Nəticədə bir qrup fələstinli yaralanıb və digər bir qrup da gözyaşardıcı qazla tənəffüs nəticəsində boğuntu halına düşüb.
Həmçinin sionist rejimin xüsusi polis qüvvələri Beytulmuqəddəsin qədim hissəsində fələstinli etirazçılarla toqquşublar.
Sionist hərbçilər Məsciduləqsanın daxilində də fələstinli namazqılanlara tərəf səs güllələri atıblar.
Yüzlərlə fələstinli namazqılan sionist qəsəbə sakinlərinin basqınları ilə mübarizə məqsədilə Məsciduləqsada etikaf keçirir.
Sionist qəsəbə sakinləri bazar ertəsi günündən başlanacaq yəhudi bayramı münasibəti ilə Məsciduləqsaya qarşı basqınlarını bərpa ediblər.