Ərəbistanın Yəməndəki cinayətləri davam edir
Sen 28, 2015 15:53 Asia/Baku
-
Ərəbistanın Yəməndəki cinayətləri davam edir
Səudiyyə qırıcılarının Yəmənin cənubunda bir toy mərasiminə hücumu onlarla nəfərin ölümünə səbəb olub.
Livanın Əlməyadin informasiya kanalının xəbər portalının məlumatına görə, Ərəbistan qırıcıları bazar ertəsi günü Təəz-in Əlməxa məntəqəsində bir toy mərasimini hədəfə alıblar. Nəticədə əksəriyyəti qadın və uşaq olan azı yetmiş beş nəfər həlak olub, onlarla nəfər də yaralanıbdır.Anti-Yəmən ərəb koalisiyasının qüvvələri Ərəbistanın başçılığı altında bu gün həmçinin Təəzdə xüsusi təyinatlı təhlükəsizlik qüvvələrinin bazasını hədəfə alıblar.
Əlaləm telekanalı bildirib ki, Ərəbistan Marəb şəhərinin qərb məntəqələrinə qarşı son hücumlarında kasset bombalarından istifadə edib. Bu telekanal yerli bir qaynağa istinadla bildirib ki, səudiyyə qırıcıları 25 dəfədən çox Marəbdəki Əlməsariyyə, Əlcəfinə və İdat Əlra məntəqələrinə hücum ediblər və bu məntəqələrdə şiddətli partlayışlar baş verib.
Bu hücumlar səudiyyəli təcavüzkarların Marəb ətrafında irəliləyişdə nakam qalmalarından sonra baş verib.
Səudiyyə qırıcıları həmçinin Yəmən paytaxtının şərq və cənub məntəqələrini bombalyıblar.
Digər bir xəbərə əsasən, səudiyyə qırıcılarının Yəmənin Yərim məntəqəsinə qarşı hücumunun ardınca azı altı nəfər ölüb, on iki nəfər də yaralanıbdır.
Teqlər