Məsciduləqsada təhlükəsizlik tədbirləri gücləndirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198016-məsciduləqsada_təhlükəsizlik_tədbirləri_gücləndirilib
Sionist rejim Məsciduləqsanın ətrafında fələstinlilərə qarşı təhlükəsizlik tədbirlərini gücləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2015 10:27 Asia/Baku
  • Məsciduləqsada təhlükəsizlik tədbirləri gücləndirilib
    Məsciduləqsada təhlükəsizlik tədbirləri gücləndirilib

Sionist rejim Məsciduləqsanın ətrafında fələstinlilərə qarşı təhlükəsizlik tədbirlərini gücləndirib.

Livanın Əlməyadin xəbər kanalının məlumatına görə, sionist rejim hərbçiləri çərşənbə axşamı günü Məsciduləqsanın ətrafında və İordan çayının qərb sahilində şiddətli təhlükəsizlik tədbirləri görərək, fələstinli uşaq və gənclər arasında geniş həbslər aparıblar.
Fələstinli mənbələr də sionist qəsəbə sakinlərinin Məsciduləqsaya qarşı geniş basqınından xəbər veriblər.
Belə bir halda, sionist rejim hərbçiləri təkcə ötən bir həftə ərzində Qüdsdə yüz otuz fələstinlini həbs edərək, zindana salmışdılar.
Cari həftə sionistlərin Məsciduləqsaya qarşı hücumlarının davam etdiyi üçüncü həftədir.