Sen 30, 2015 09:39 Asia/Baku
  • Səudiyyə başçılarının təzadlı ifadələri
    Səudiyyə başçılarının təzadlı ifadələri

Ərəbistanın səhiyyə naziri Mina hadisəsində 4100-dən yuxarı hacının həlak olduğunu etiraf edib, amma bu nazirliyin Twitter səhifəsi bu xəbəri təkzib, sonra isə həmin xəbəri öz saytından götürübdür.

Ərəbistan Səhiyyə Nazirliyinin saytı yazıb: Səhiyyə nazirinin müavini Həmd bin Muhəmməd Əlzəvil çərşənbə axşamı günü səhər xəbər verib ki, Mina hadisəsində həlak olan 4173 hacının təsvir albomunu əldə edib və onların aşkarlanması işi başlanıbdır.
Ərəbistan Səhiyyə Nazirliyinin saytı bu ölkə başçılarının məsuliyyət qəbul etmələrinə toxunmadan yenə də hadisənin səbəbini havanın temperaturunun artması və kəskin izdiham adlandırıb.
Bu xəbərin yayılmasından bir saat sonra Ərəbistan Səhiyyə Nazirliyinin rəsmi Twitter səhifəsi aşkar bir təzadda öz saytının xəbərini təkzib edib və yazıb ki, Mina hadisəsi qurbanlarının sayının artması həqiqətə uyğun deyil.
Bundan öncə İran, Nigeriya və digər ölkələrin rəsmiləri bildirmişdilər ki, Mina hadisəsində həlak olanların sayı Ərəbistanın elan etdiyindən yuxarıdır.
Ərəbistan rəsmiləri bu aşkar təzad barədə rəsmi mövqe tutmayıblar.

Teqlər