Səudiyyə kralı öz vəliəhdini təbrik edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198034-səudiyyə_kralı_öz_vəliəhdini_təbrik_edib
Ərəbistan kralı Salman bin Əbduləziz Mina hadisəsində minlərlə zəvvarın həlak olmasına məhəl qoymadan bir müraciətdə həcc mövsümünün uğurla keçirilməsi ilə bağlı təbrik deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2015 06:46 Asia/Baku
  • Səudiyyə kralı öz vəliəhdini təbrik edib
    Səudiyyə kralı öz vəliəhdini təbrik edib

Ərəbistan kralı Salman bin Əbduləziz Mina hadisəsində minlərlə zəvvarın həlak olmasına məhəl qoymadan bir müraciətdə həcc mövsümünün uğurla keçirilməsi ilə bağlı təbrik deyib.

Ərəbistan kralı Qurban bayramı günündə dünyanın müxtəlif ölkələrindən olan minlərlə günahsız hacının ölməsi və yaralanmasını görməməzliyə vuraraq, vəliəhdinə müraciətlə deyib: Həcc mövsümünün uğurla keçirilməsi ilə bağlı təbrik deyirəm.
Təsnim xəbər agentliyinin məlumatına görə, Salman bin Əbduləziz bu müraciətdə vəliəhd, daxili işlər naziri və Ərəbistan Ali Həcc Komitəsinin sədri Muhəmməd bin Naifə müraciətlə iddia edib ki, cariilki həcc mövsümü uğurlu oldu və səudiyyə qüvvələri həcc mövsümündə yüksək nizam-intizamla uğurlu səylər göstərdilər.
Mina faciəsinin dərinliyinə və çoxlu sayda hacının həlak olmasına rəğmən, Ali-Səud bu faciənin real dəlillərini aydınlaşdırmaq yerinə, ittiham vurmaq üzrə puç dəlillərə söykənərək, nəyin bahasına olursa-olsun, bu rüsvayçılıqdan xilas olmağa çalışır.
Faciənin şahidləri Ərəbistanın təhlükəsizlik qüvvələrini bu faciənin əsas amilləri bilir və vurğulayırlar ki, Ərəbistan hökuməti onları cəzalandırmalıdır.