Suriyada terrorçuların öldürülməsi davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198037-suriyada_terrorçuların_öldürülməsi_davam_edir
İnformasiya mənbələri Suriyanın şimal-qərbində yerləşən Əlfuə və Kəfəriyya sərhəd kəndlərində 650 silahlı terrorçunun öldürülməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2015 09:34 Asia/Baku
  • Suriyada terrorçuların öldürülməsi davam edir
    Suriyada terrorçuların öldürülməsi davam edir

İnformasiya mənbələri Suriyanın şimal-qərbində yerləşən Əlfuə və Kəfəriyya sərhəd kəndlərində 650 silahlı terrorçunun öldürülməsindən xəbər veriblər.

Əlməyadin informasiya kanalının məlumatına görə, məlumatlı mənbələr bildiriblər ki, İdlibdə yerləşən Əlfuə və Kəfəriyya sərhəd kəndlərində atəşkəsdən öncə Cəyşulfəth və Əhzabul İslami Əlturkistani adlı qruplardan 650-dən çox yaraqlı terrorçu öldürülüb.
Bu mənbələr terrorçuların itkilərinin elan olunmuş rəqəmdən yuxarı olduğunu bildirərək, qeyd ediblər ki, məhz bu səbəb terrorçuları Suriya ordusu və müqavimət qüvvələrinin şərtləri ilə atəşkəs etməyə vadar edibdir.
Bu məlumata əsasən, xalq müqavimət komitələrinin əməliyyatları, eləcə də Əlfuə və Kəfəriyya kəndləri ətrafında terrorçular və silahlı şəxslərin mövqelərinə qarşı hava hücumları terrorçuların bu iki məntəqədəki geniş əməliyyatını uğursuz qoyubdur.