Sionist hərbçilər fələstinlilərin aksiyasına hücum ediblər
Okt 02, 2015 19:21 Asia/Baku
Sionist rejim hərbçiləri əl-Əqsa məscidinə dəstək üzrə keçirilən fələstinlilərin aksiyasına hücum ediblər.
Səhər Beynəlxalq Televiziyasının əl-Əqsa telekanalına istinadla verdiyi məlumata görə, sionist hərbçilər İordan çayının qərb sahilinin mərkəzində Ramullahın şimalında keçirilən aksiyada fələstinlilərə doğru atəş açaraq bir neçə gənci yaralayıblar.Bu aksiya əl-Əqsa məscidinə dəstək üzrə keçirilib.
Sionistlər əl-Xəlil şəhərində əl-Əqsa məscidinə dəstək üzrə aksiyanı yatırıb və fələstinlilərlə toqquşublar.
Nablosun qərbində Kəfər Quddum kəndində də iki nəfər, o cümlədən bir jurnalist sionistlərin atəş açması nəticəsində yaralanıb.
Həmçinin çoxlu sayda İsrail rejimi polisi ötən gecədən əl-Əqsa məscidinin ətrafında yerləşdirilib.
Sionist hərbçilər əl-Əqsa məscidinə bitişən küçələrdə təhlükəsizlik tədbirləri görərək 40 yaşdan aşağı kişilərin sübh və cümə namazlarını qılmaq üçün bu mübarək məscidə daxil olmasının qarşısını alıblar.
Qüdsü işğal etmiş rejimin polis məmurları 1948-ci ildə işğal olunmuş ərazilərin fələstinli sakinlərinin əl-Əqsa məscidinə gedən avtobuslarını da dayandırıblar.
Digər tərəfdən sionist hərbçilər ötən gecə müqavimət qruplarla atəşkəs prosesini pozaraq 4 buldozer və bir tankla Qəzzənin cənubunda əl-Qərarə məntəqəsinin şərqində irəliləyib və bu məntəqədə əkin sahələrini dağıdıblar.
Bu təcavüzlə yanaşı İsrail rejiminin bir neçə helikopteri də əl-Qərarə səmasında uçuşlar keçirib.