Qərb sahilində bir neçə fələstinli yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198135-qərb_sahilində_bir_neçə_fələstinli_yaralanıb
Sionist hərbçilər İordan çayının qərb sahilinin müxtəlif məntəqələrində fələstinlilərə hücum edərək, bir neçə fələstinlini yaralayıb və həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 03, 2015 11:41 Asia/Baku
  • Qərb sahilində bir neçə fələstinli yaralanıb
    Qərb sahilində bir neçə fələstinli yaralanıb

Sionist hərbçilər İordan çayının qərb sahilinin müxtəlif məntəqələrində fələstinlilərə hücum edərək, bir neçə fələstinlini yaralayıb və həbs ediblər.

Misirin Əlşərqulusət xəbər agentliyinin məlumatına görə, sionist hərbçilər şənbə günü səhər İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərinin müxtəlif məntəqələrində geniş hərbi əməliyyat həyata keçiriblər. Onlar doqquz fələstinlini həbs edərək, daha on dörd fələstinlini də yaralayıblar ki, yaralılardan birinin vəziyyəti ağır elan olunubdur.
Bu məlumata görə, çoxlu sayda sionist hərbçi Nablusun Zaxiyyə məhəlləsində fələstinlilərin evlərinin damlarında yerləşib, mənzillərə basqın edərək, fələstinlilərin ev əşyalarını axtarmağa və dağıtmağa başlayıb.
Həmçinin cümə günü gecə işğal olunmuş Qüdsün Ələysəviyyə kəndində baş verən toqquşmada sionist hərbçilər iki fələstinli gənci atəş ilə yaralayıblar.
Digər tərəfdən, Beyt Ləhmdə iki yüzdən çox fələstinli sionist hərbçiərin kobudluğuna daş və alovlanan maddələrlə cavab verib.
İordan çayının qərb sahilinin cənubunda yerləşən Əlxəlil çşəhərində isə sionist qüvvələr etirazçı fələstinlilərlə toqquşub və onların bir qrupunu həbs ediblər.
Sionistlər habelə İordan çayının qərb sahilində yerləşən Qəlqiliya şəhərinin qərbindəki ayırıcı divarın yaxınlığında üç fələstinli gənci həbs ediblər.