Okt 03, 2015 16:02 Asia/Baku
  • Əlnəvidrat qəsəbəsinin Ali-Xəlifə rejimi tərəfindən mühasirəsi davam edir
    Əlnəvidrat qəsəbəsinin Ali-Xəlifə rejimi tərəfindən mühasirəsi davam edir

Bəhreynin təhlükəsizlik qüvvələri bu ölkənin Əlnəvidrat qəsəbəsinin mühasirəsini davam etdirirlər.

Bəhreynin Əllolo telekanalının məlumatına görə, Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri evlərə basqın edib, vətəndaşları həbs etdikdən sonra dördüncü gün dalbadal Bəhreynin mərkəzində yerləşən Əlnəvidrat qəsəbəsinin mühasirəsini davam etdirirlər.
Bu məlumata görə, Bəhreynin təhlükəsizlik qüvvələri Əlnəvidrat qəsəbəsinin yeddi sakinini Sind qəsəbəsinin bir sakini və Əlqədəm şəhərindən bir nəfər ilə yanaşı həbs ediblər.
Yerli mənbələr bildiriblər ki, Manama rejiminin qüvvələri şübhəli bir addımda Əlnəvidrat qəsəbəsinin ətrafında qazıntıya başlayıblar.
Bəhreyn polisinin vertolyotları da bu qəsəbənin üzərində kəşfiyyat uçuşları həyata keçiriblər.
Bəhreynin təhlükəsizlik qüvvələri həmçinin Əlnəvidrat qəsəbəsindəki bir evi sakinlərindən boşaldandan sonra oranı hərbi düşərgəyə çeviriblər.
Bəhreynli siyasi fəllar daxili və xarici dairələrdən istəyiblər ki, mühasirə olunmuş Əlnəvidrat qəsəbəsinin sakinləri ilə həmrəylik elan edərək, Ali-Xəlifə rejiminin onun sakinlərinə qarşı hərəkətlərini pisləsinlər.
Bəhreyn xalqı 2011-ci ilin fevralından bəri dinc aksiyalar keçirərək, bu ölkədə siyasi islahatların aparılması və ayrı-seçkiliyin aradan götürülməsini istəyir. Ali-Xəlifə rejimi Bəhreyn xalqının etirazlarını zorakılıqla yatırır.

Teqlər