Yəmən xəbərləri
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198149-yəmən_xəbərləri
Yəmən ordusu Babülməndəb boğazının tam olaraq ordu və müqavimət qüvvələrinin nəzarəti altında olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 04, 2015 07:57 Asia/Baku
  • Yəmən xəbərləri
    Yəmən xəbərləri

Yəmən ordusu Babülməndəb boğazının tam olaraq ordu və müqavimət qüvvələrinin nəzarəti altında olduğunu bildirib.

Yəmənin rəsmi xəbər agentliyi SƏBA bu ölkə ordusunun bəyanatına istinadla bildirib: Ordu və xalq müqavimət qüvvələri əl-Qaidə terrorçuları və Ərəbistan muzdlularına ağır zərbələr endirərək, strateji əhəmiyyətli Babülməndəb boğazına nəzarəti ələ keçiriblər.
Bu arada əl-Aləm kanalı Ərəbistan qırıcılarının şənbə günü axşam saatlarında Yəmənin paytaxtı Səna şəhərini və ətraf məntəqələri bir neçə dəfə bombardman etməsindən xəbər verib. Bu hücumlar zamanı bir qrup sivil ölüb və yaralanıb.
Əl-Məsirə informasiya kanalı da bildirib ki, Ali-Səud qırıcıları Yəmənin cənubunda Təiz şəhərinin mərkəzində bəzi məntəqələri bombardman ediblər.
Buna baxmayaraq, Yəmənin Ənsarullah hərəkatının siyasi şurası bir bəyanat yayaraq, Ərəbistan təcavüzkarlarına bildirib ki, qarşıdan gələn günlər ərzində ağır zərbələr almış olacaqlar.