Bir fələstinli gənc qərb sahilində şəhid olub
Okt 05, 2015 10:25 Asia/Baku
Bir fələstinli gənc İordan çayının qərb sahilində sionist hərbçilərin atəşi ilə şəhid olub.
Röyters-in məlumatına görə, 18 yaşlı Həzifə Suleyman bazar günü axşam İordan çayının qərb sahilində yerləşən Tulkərm şəhərində şəhid edilib.İordan çayının qərb sahili və işğal olunmuş Qüds bir neçə həftə bundan öncədən sionist hərbçilərlə fələstinlilər arasında toqquşmaların şahidi olub.
Bu istiqamətdə Fələstin Qırmızı Aypara Cəmiyyəti sionist hərbçilər və sionist qəsəbə sakinlərinin fələstinlilərə qarşı hücumları nəticəsincə gərginliklərin şiddətlənməsindən sonra İordan çayının qərb sahili və işğal olunmuş Qüdsdəki bütün bazalarında fövqəladə vəziyyət elan edib.
Həmçinin Fələstin Qırmızı Aypara Cəmiyyəti ötən sutka ərzində İordan çayının qərb sahilində və Şərqi Qüdsdə sionist hərbçilərin atəşləri nəticəsində 77 nəfərin yaralanmasından xəbər verib.