Sionist rejimin Qəzzə zolağına qarşı hava hücumu
Okt 05, 2015 11:40 Asia/Baku
Fələstinin təhlükəsizlik mənbələri sionist rejimin Qəzzə zolağına qarşı hava hücumundan xəbər veriblər.
Quds net-in məlumatına görə, sionist hərbçilərin Məsciduləqsaya qarşı təcavüzlərinin və İordan çayının qərb sahilindəki döyüşlərin davam etməsi ilə sionist rejimin F-16 tipli bir qırıcısısı bazar ertəsi günü səhər Qəzzə şəhərinin cənubunu raket hədəfinə tutub.Daxil olan məlumatlara görə, bu raket Fələstinin Həmas təşkilatının hərbi qolu olan Bədr dəstəsinin hava bazalarından birinə dəyib.
Fələstinli qaynaqlar da bildiriblər ki, bu hücum hərçənd tələfata səbəb olmayıb, amma həmin bazaya böyük xəsarət vurubdur.
Sionist rejim iddia edib ki, bu hücum fələstinlilərin Qəzzə zolağından işğal olunmuş Fələstinin cənubuna qarşı raket və mərmi hücumlarına reaksiyada həyata keçirilib.
Sionist rejimin Qəzzəyə qarşı hava hücumu elə bir halda edilibdir ki, bazar günü axşam sionist hərbçilərin İordan çayının qərb sahilindəki Tulkərm şəhərində fələstinlilərlə toqquşmasında on səkkiz yazşlı fələstinli gənc şəhid edilib.