Okt 06, 2015 12:27 Asia/Baku
  • Qərb sahilində fələstinlilər və sionistlər arasında toqquşmalar davam edir
    Qərb sahilində fələstinlilər və sionistlər arasında toqquşmalar davam edir

Fələstin hökumətinin rəhbərliyi İsrail rejiminin məntəqədə kobudluq və zorakılığa rəvac verdiyini bildirib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin hökumət rəhbərliyi bazar ertəsi günü sionist qəsəbə sakinlərinin Qərb Sahilində fələstinlilərə olan hücumlarının artmasına işarə edərək, bildirib: İsrail siyasi böhrandan və beynəlxalq təcriddən xilas olmaq üçün məntəqədə gərginlik və qarşıdurmanın genişlənməsiə çalışır.
Sionist rejim hərbçiləri bazar ertəsi günü Qərb Sahilində bir fələstinli gənci şəhid ediblər. Daha bir 18 yaşlı fələstinli də bazar günü İsrail hərbçilərinin Tulkərmə olan hücumları zamanı şəhid olmuşdu.
Sionist qəsəbə sakinləri və İsrail hərbçilərinin əl-Əqsa məscidi və fələstinlilərə qarşı hücumlarının artması ilə Qərb sahilində fələstinli gənclər və sionist rejim hərbçiləri arasındakı toqquşmalar da genişlənib.
Əl-Əqsa telekanalı bu barədə bildirir ki, fələstinli gənclər və sionist hərbçilər arasında Qüds və Qərb sahilində 50-dən çox məntəqədə toqquşma baş verib.
Sionist rejim hərbçiləri və fələstinli gənclər əl-Xəlilin şimalında, Həlhul körpüsü yaxınlığında da toqquşublar.
Əl-Qüds informasiya kanalının verdiyi məlumata görə, sionist rejim hərbçilərinin açdığı atəş nəticəsində indiyə kimi 10 fələstinli yaralanıb.

Teqlər