Yəmənin Ənsarullah xalq hərəkatı Ali-Səud rejiminə xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198210-yəmənin_Ənsarullah_xalq_hərəkatı_ali_səud_rejiminə_xəbərdarlıq_etdi
Yəmənin Ənsarullah xalq hərəkatının siyasi bürosunun sədri deyib: Əgər Ərəbistan və müttəfiqlərinin Yəmənə olan hücumları davam edərsə, onlar ağır tələfat və xəsarət ilə üzləşmiş olacaqlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2015 09:48 Asia/Baku
  • Yəmənin Ənsarullah xalq hərəkatı Ali-Səud rejiminə xəbərdarlıq etdi
    Yəmənin Ənsarullah xalq hərəkatı Ali-Səud rejiminə xəbərdarlıq etdi

Yəmənin Ənsarullah xalq hərəkatının siyasi bürosunun sədri deyib: Əgər Ərəbistan və müttəfiqlərinin Yəmənə olan hücumları davam edərsə, onlar ağır tələfat və xəsarət ilə üzləşmiş olacaqlar.

Yəmənin Səba xəbər agentliyinin verdiyi məlumata görə, Yəmənin Ənsarullah xalq hərəkatının siyasi bürosunun sədri Salih Səmad Ərəbistan və müttəfiqlərinə Yəmənə qarşı hücumların davam etməsi barədə xəbərdarlıq edib və deyib: Əgər bu hücumlar davam edərsə, Ərəbistan və müttəfiqləri qarşıdan gələn günlər ərzində Yəmən ordusu və xalq müqavimət qüvvələri tərəfindən daha ağır reaksiyaların şahidi olacaqlar.
Salih Səmad həmçinin Yəmən xalqına qələbə vəd edərək, deyib: Təcavüzkarlar tezliklə məğlub olacaq və savaş meydanını, öz məqsədlərinə nail olmadan, tərk edəcəklər. Çünki, Yəmən xalqı təcavüzkarlar qarşısında tam iqtidarla dayanıb.
Yəməndən daxil olan digər məlumatlara görə, Ənsarullah hərəkatının Ədəndən taktiki olaraq geri çəkilməsinin ardınca, istefada olan fərari prezidentin tərəfdarları və Ərəbistan muzdluları bu şəhəri ələ keçirsələr də, Yəmən ordusu və xalq müqavimət qüvvələri bu gün, çərşənbə axşamı fərari prezidentin müavini Xalid Bəhahın iqamətgahına raket zərbələri endiriblər.
Səhiyyə mənbələri bu raket hücumu nəticəsində Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin 20 hərbçisinin həlak olmasından və çoxlu sayda təcavüzkarın da yaralanmasından xəbər veriblər.
Ərəbistan və müttəfiqləri 26 mart tarixindən etibarən istefada olan fərari prezidenti yenidən hakimiyyətə qaytarmaq bəhanəsi ilə Yəmənə qarşı hücumlara başlayıblar.