Ərəbistanın Həcc mərasimini inhisarda saxlaması məntiqli əsasa malik deyil
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198214-Ərəbistanın_həcc_mərasimini_inhisarda_saxlaması_məntiqli_əsasa_malik_deyil
Livanın Müsəlman Alimlər Cəmiyyətinin Mədəniyyət və İnformasiya İdarəsinin rəsisi deyib: Ərəbistan dövlətinin Həcc mərasiminin təşkilini öz inhisarında saxlaması məntiqli əsasa malik deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2015 14:23 Asia/Baku
  • Ərəbistanın Həcc mərasimini inhisarda saxlaması məntiqli əsasa malik deyil
    Ərəbistanın Həcc mərasimini inhisarda saxlaması məntiqli əsasa malik deyil

Livanın Müsəlman Alimlər Cəmiyyətinin Mədəniyyət və İnformasiya İdarəsinin rəsisi deyib: Ərəbistan dövlətinin Həcc mərasiminin təşkilini öz inhisarında saxlaması məntiqli əsasa malik deyil.

Şeyx Məhəmməd Ömər Fars xəbər agentliyi ilə müsahibədə Mina faciəsinin araşdırılması üçün İslam Əməkdaşlıq Təşkilatının Ərəbistana faktaraşdırıcı komitə göndərməsini istəyib.
Livan Müsəlman Alimlər Cəmiyyətinin məsul şəxsi həmçinin deyib: Minada baş vermiş faciə bütün müsəlmanları yasa batırdı. Xüsusilə bu hadisənin Həcc zamanı baş verən ilk kədərli hadisə olmaması hamını daha çox narahat edir.
Şeyx Məhəmməd Ömər daha sonra Həcc mərasiminin idarə edilməsi üçün müsəlman ölkələrinin iştirakı ilə xüsusi bir komitənin yaradılmasını istəyib.