Ali-Səudun cinayətləri Mina faciəsi ilə məhdudlaşmır
Okt 06, 2015 18:05 Asia/Baku
-
Ali-Səudun cinayətləri Mina faciəsi ilə məhdudlaşmır
Livanın Müsəlman Alimlər Cəmiyyətinin Mərkəzi Şurasının üzvü Ali-Səud rejiminin cinayətlərinin Mina faciəsi ilə məhdudlaşmadığını vurğulayaraq deyib: Məkkə və Mədinədə İslama aid tarixi abidələrin məhv edilməsi Mina faciəsindən daha az əhəmiyyətli deyil.
Livanın Müsəlman Alimlər Cəmiyyətinin Mərkəzi Şurasının üzvü Məhəmməd Zəbi Fars xəbər agentliyi ilə müsahibədə deyib: Ərəbistan rejiminin cinayətləri sadəcə Mina faciəsi ilə məhdudlaşmır. Bu rejimin Məkkə və Mədinədə İslam peyğəmbərinə(s.ə.s) aid tarixi abidələri məhv etməsi Minadakı cinayətdən heç də geri qalmır.O həmçinin deyib: İslam tarixinə aid qədim binalar və abidələrin məhv edilməsi, sonda müsəlmanların qəzəbinə, müsəlmanların Ali-Səud rejiminə qarşı qiyam etməsinə səbəb olacaq böyük bir cinayətdir.
Şeyx Zəbi əlavə edib: Quran Kərimdə o cümlədən Həcc surəsinin 25-ci ayəsində Həcc mərasiminin təşkil edilməsinə görə həm Hicaz əhalisi həm də bütün dünya müsəlmanlarının məsuliyyət daşıdığı bildirilir. Bu isə o deməkdir ki, Həcc mərasiminin təşkil edilməsi üzrə məsuliyyət bütün İslam Ümmətinə həvalə edilmiş bir məsuliyyətdir.
Livanlı alim bu faktı əsas götürərək, Ərəbistan dövlətindən istəyib ki, öhdəsindən gəlməyə qadir olmadığı bir işin məsuliyyətini öz üzərinə götürməsin və Həcc mərasiminin təşkil edilməsi, onun təhlükəsizliyinin təmin olunması üzrə məsuliyyəti İslam Ümmətinin öz öhdəsinə götürməsinə imkan versin.