Okt 11, 2015 11:58 Asia/Baku
  • Türkiyədə hökumət əleyhinə aksiya
    Türkiyədə hökumət əleyhinə aksiya

Türkiyədə yüzlərlə nəfər aksiya təşkil edərək, bu ölkə prezidenti Rəcəb Təyyib Ərdoğanın istefa verməsini istəyib.

Bu aksiya dünən Ankarada baş vermiş 2 qanlı terror aktından cəmi bir neçə saat sonra baş verib.
Bu partlayışlar nəticəsində 100-ə yaxın insan həyatını itirib.
Aksiya iştirakçıları Ərdoğanın istefa verməsini tələb etməklə yanaşı, ölkədə baş qaldıran son zorakılıq və kobudluqlara görə hakim Ədalət və İnkişaf Partiyasının məsuliyyət daşıdığını bildiriblər.
Fransa xəbər agentliyinin İstanbuldan verdiyi məlumata görə, Türkiyə polisi bu etiraz aksiyasını nəzarətə götürərək, bir neçə aksiya iştirakçısını da həbs edib.
Şənbə günü Türkiyədə baş vermiş qanlı terror aktı zamanı bir qrup vətəndaşın ölməsi və yaralanmasına görə baş nazir Əhməd Davudoğlu 3 gün ümum milli matəm elan edib.
Xalqların Demokratik Partiyası(HDP), Cümhuriyyət Xalq Partiyası(CHP) və Millətçi Hərəkat Partiyası(MHP) bu terror aktı ilə bağlı həqiqətlərin tez bir zamanda aşkar edilməsini tələb ediblər.

Teqlər