Ərəbistan Yəmənə hücumda sionist rejimlə həmkarlıq edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198379-Ərəbistan_yəmənə_hücumda_sionist_rejimlə_həmkarlıq_edir
Yəmən Ali İnqilab Şurasının üzvü deyib ki, Ərriyad və Təl-Əviv Yəmənə hücumda həmkarlıq edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 11, 2015 14:09 Asia/Baku
  • Ərəbistan Yəmənə hücumda sionist rejimlə həmkarlıq edir
    Ərəbistan Yəmənə hücumda sionist rejimlə həmkarlıq edir

Yəmən Ali İnqilab Şurasının üzvü deyib ki, Ərriyad və Təl-Əviv Yəmənə hücumda həmkarlıq edirlər.

Yəmən Ali İnqilab Şurasının üzvü Əbdürrəhman Muxtar Press TV ilə müsahibədə Ərəbistanın Yəmənə hücumlarını pisləyərək, vurğulayıb ki, İsrail rejimi və Ərəbistan Yəməndə müştərək kəşfiyyat tapşırığı həyata keçirirlər və onların müştərək qırıcıları Yəmənin müxtəlif şəhərlərini bombalayırlar.
Əbdürrəhman Muxtar bildirib: Ərəbistan Yəmənin iki məntəqəsini elə silahlarla hədəfə alır ki, Yaxın Şərqdə təkcə sionist rejim bu silahlara malikdir və Ərəbistanın keçmiş baş məsul şəxslərindən biri Təl-Əvivə səfərdə sionist rejimin baş naziri Benyamin Netanyahuya Ərəbistana bu cür silahları verdiyi üçün təşəkkür edib.
Digər bir xəbərə əsasən, səuidiyyə və onun müttəfiqlərinin qırıcılarının Yəmənə hücumlarında bu ölkənin cənubundakı Əlbiyza şəhərinin mərkəzi zindanı hədəfə alınıb ki, nəticədə on nəfər ölüb, bir qrup da yaralanıbdır.
Ərəbistan və müttəfiqləri Yəmənin istefa vermiş və fərari dövlətini hakimyyətə qaytarmaq bəhanəsilə və özünün Yəməndəki hökmranlığını davam etdirmək üçün martın 26-da bu ölkəyə hücuma keçdilər.
Ərəbistan və müttəfiqlərinin Yəmənə hücumları nəticəsində Yəməndə yaşayış massivləri, məktəblər, xəstəxanalar və xidmət infrastrukturlarının dağılmasından əlavə, minlərlə nəfər ölüb və yaralanıbdır.