Okt 12, 2015 14:04 Asia/Baku
  • Sionist rejimin cinayətləri davam edir
    Sionist rejimin cinayətləri davam edir

Daha bir fələstinli sionist rejim hərbçilərinin atəşləri ilə şəhid olub.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, sionist rejim hərbçiləri bazar ertəsi günü Məsciduləqsaya basqın edərək, bu məscidin Babulisbat girəcəyi yaxınlığında bir fələstinli gənci şəhid ediblər.
Fələstin Səhiyyə Nazirliyi bildirib ki, bu fələstinli gəncin şəhid olması ilə oktyabrın əvvəlində on ikisinədək olan müddətdə Fələstindəki xalq etirazları şəhidlərinin sayı 25-ə çatıb.
Həmçinin sionist rejim qırıcıları Qəzzə zolağının səmasında uçaraq, bu məntəqənin qərbi və mərkəzi məntəqələrini bombalayıblar.
Sionist rejimin hərbi qayıqları da bazar ertəsi günü Qəzzə sularında fələstinli balıqçılıq qayıqlarını atəşə tutublar. Bu hücumda bir neçə fələstinli balıqçılıq qayığına zərər dəyib və balıqçılar özlərini sahilə çatdırmağa məcbur olublar.
Sionistlərin hücumlarının şiddətlənməsi elə bir halda baş verir ki, Fələstinin Həmas təşkilatı sionist rejimə Qəzzə zolağına hücumdan çəkinməsi haqda xəbərdarlıq edərək bildirmişdi ki, əks halda Müqavimət sionistlərə sərt reaksiya verəcəkdir.

Teqlər