Qəzzə zolağı sərhədlərində sionist hərbçilər yerləşdirilib
Okt 16, 2015 11:57 Asia/Baku
Sionist rejim ordusu Qəzzə zolağı sərhədləri boyunca çoxlu sayda zirehli transpartyor və tank yerləşdirib.
Səhər Beynəlxalq Televiziyasının Fələstin əl-Youm xəbər telekanalına istinadla verdiyi məlumata görə, Qəzzə zolağı və işğal olunmuş Fələstin sərhədində sionist hərbçilər və tankların yerləşdirilməsi, Fələstin müqavimət qruplarının Qəzzə zolağı sakinlərini "Nifrət cüməsi" aksiyalarında iştiraka dəvət etmələrindən sonra baş verib.Bu məlumata görə, İslam Müqaviməti Hərəkatı Həmas və İslami Cihad Hərəkatı intifazənin davam etməsini və onun dəstəklənməsini vurğulamaq məqsədilə Fələstin xalqının "Nifrət cüməsi" aksiyalarında fələstinlilərin iştirakını istəyiblər.
Bu arada işğalçı sionist rejim polisi 40 yaşdan aşağı olan fələstinlilərin cümə namazında iştirak etmək üçün əl-Əqsa məscidinə daxil olmasını qadağan edib.
Sionist hərbçilər həmçinin İordan çayının qərb sahilində yerləşən Beyt-Ləhmin şimalında 14 fələstinlini yaralayıblar.
Beyt Ləhm təcili yardım mərkəzinin direktoru Məhəmməd Əvəz deyib: Fələstin ərazisində sionist hərbçilərin hücumları və cinayətlərinin davam etməsinə etiraz üzrə fələstinli gənclər cümə axşamı gecə Beyt-Ləhmin şimalında aksiya keçiriblər.
Əvəz əlavə edib: Sionist hərbçilər aksiyanı yatırmaq üçün fələstinli gənclərə doğru gözyaşardıcı qaz, döyüş və rezin güllələrdən istifadə ediblər. Fələstinli gənclər də sionist hərbçilərə doğru molotof kokteyli və daş atıblar.
Beyt-Ləhm təcili yardım mərkəzinin direktoru bildirib: Sionist hərbçilərin atəş açması nəticəsində 14 fələstinli gənc yaralanıb.
İordan çayının qərb sahili, Qüdsdə sionist hərbçilər və qəsəbə sakinlərinin fələstinlilərlə toqquşması və sionist rejimin oktyabrın əvvəllərindən Qəzzə zolağına hücumları indiyə qədər 34 fələstinlinin şəhid olması və 7 sionistin öldürülməsi ilə nəticələnib.