Ərəbistanın Yəmənə hücumlarında minlərlə nəfər ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198541-Ərəbistanın_yəmənə_hücumlarında_minlərlə_nəfər_ölüb_və_yaralanıb
Ərəbistanın Yəmənə təcavüzü başlandıqdan 6 mindən çox yəmənli həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2015 08:42 Asia/Baku
  • Ərəbistanın Yəmənə hücumlarında minlərlə nəfər ölüb və yaralanıb
    Ərəbistanın Yəmənə hücumlarında minlərlə nəfər ölüb və yaralanıb

Ərəbistanın Yəmənə təcavüzü başlandıqdan 6 mindən çox yəmənli həlak olub.

Səhər Beynəlxalq Televiziyasının Şəharə xəbər portalına istinadla verdiyi məlumata görə, Ərəbistanın Yəməndəki cinayətlərini araşdıran hüquq koalisiyası Ərəbistanın başçılıq etdiyi amerikalı-ərəb koalisiyasının Yəmənə 200 günlük hücumunda 6 min 979 yəmənlinin həlak olduğunu bildirib. Həlak olanlardan 1986 nəfəri uşaq, 1508 nəfəri qadın və 3485 nəfəri isə kişi olub.
Ərəbistanın Yəməndəki cinayətlərini araşdıran hüquq koalisiyasının üzvləri keçirdikləri iclasda Ərəbistanın ötən üç həftədəki cinayətləri və Səna, Təiz, Sədə, Zimar, Həccə, əl-Hədidə, İb, İmran, əl-Cof, Marib və əl-Bəyza vilayətlərini bombardman etməsini açıqlayaraq bildiriblər: Ərəbistanın hava hücumlarında yaşayış massivlər, məktəblər, zavodlar, şadlıq sarayları, əsaslı infrastrukturlar, yollar, körpülər, hətta qəbiristanlar da hədəfə alınır.
Ərəbistan bəzi ərəb ölkələri və Amerika ilə əlbir olaraq 26 martdan Yəmənə qarşı irimiqyaslı hücumlara başlayıb. Ərəbistanın məqsədi istefa vermiş fərari prezident Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarmaq və Yəmən şəhərlərinin təhlükəsizliyinə nəzarət edən Ənsarullah Xalq Hərəkatının güclənməsinin qarşısını almaqdır.