Şeyx Əli Salman Məhərrəm ayı ilə bağlı Bəhreyn xalqına müraciət edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i198551-Şeyx_Əli_salman_məhərrəm_ayı_ilə_bağlı_bəhreyn_xalqına_müraciət_edib
Bəhreynin Milli-İslam Birliyi Cəmiyyətinin baş katibi bu ölkə xalqına etdiyi müraciətində xalqı inqilab yolu və Ali-Xəlifə rejiminə qarşı dinc etirazları davam etdirməyə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2015 12:19 Asia/Baku
  • Şeyx Əli Salman Məhərrəm ayı ilə bağlı Bəhreyn xalqına müraciət edib
    Şeyx Əli Salman Məhərrəm ayı ilə bağlı Bəhreyn xalqına müraciət edib

Bəhreynin Milli-İslam Birliyi Cəmiyyətinin baş katibi bu ölkə xalqına etdiyi müraciətində xalqı inqilab yolu və Ali-Xəlifə rejiminə qarşı dinc etirazları davam etdirməyə çağırıb.

Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, hazırda Ali-Xəlifə rejiminin həbsxanasında dustaq həyatı yaşayan Şeyx Əli Salman Məhərrəm ayının başlanması ilə bağlı müraciətində deyib: Biz Hüseyn Aşurasından səbr, müqavimət, şücaət və zülm və zalımlar qarşısında təslim olmamaq dərsini öyrənirik.
Şeyx Salman bu müraciətdə Bəhreyn xalqına xitabən əlavə edib: Bəhreynlilər öz birliyini qorumalı və Aşuranın müqəddəs amalına zərbə vuran məsələlərdən uzaq qalmalıdırlar.
Bəhreynin Milli-İslam Birliyi Cəmiyyətinin baş katibi həmçinin bu ölkə xalqına müraciətində bildirib: Məhərrəm və Aşura məktəbi insanlıq, əxlaq, sevgi və sülhün əsas dəyərlərini xatırladır.