Daha bir fələstinli şəhid oldu
Okt 16, 2015 19:18 Asia/Baku
Sionist hərbçilər İordan çayının qərb sahilində daha bir fələstinliyə atəş açaraq onu şəhid ediblər.
Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, Fələstinin Səhiyyə Nazirliyi bildirib: Sionist rejim hərbçiləri cümə günü əl-Xəlidə fələstinlilərə doğru atəş açaraq bir fələstinli gənci şəhid ediblər.Bu arada bir müddət öncə Qəzzə zolağının şimalında Beyt Hanunda sionist hərbçilərlə toqquşmada yaralanan bir fələstinli mübariz də bu gün yaralarının ağırlığı üzündən şəhid olub.
Bu fələstinlinin şəhid olması ilə İordan çayının qərb sahili, Beytül-Müqəddəsdə sionist hərbçilər və qəsəbə sakinlərinin fələstinlilərlə toqquşmaları və sionist rejimin Qəzzə zolağına oktyabr ayının əvvəllərindən hücumlar etməsi nəticəsində şəhid olan fələstinlilərin sayı 36-ya çatıb.
Bu arada cümə günü minlərlə fələstinli İordan çayının qərb sahili, o cümlədən Ramullah, əl-Xəlil, Nablos, Əlbirə, Tulkərəm və həmçinin Beytül-Müqəddəsdə irimiqyaslı aksiyalar keçirərək sionist hərbçilərlə toqquşublar.
Sionist hərbçilər fələstinli aksiyaçılara doğru hücum edərək bir qrup fələstinlini yaralayıb və həbs ediblər.
Sionistlərin Fələstin bölgələrinə hücumları davam etməkdədir. Bu hücumlar Qüds intifazəsinin başlanmasına səbəb olub.